Bu sosial şəbəkədə yenilik - FOTO

28.08.2015 12:15     Sosreaksiya     2454

“Instagram” sosial şəbəkəsində kvadrat formalı fotoşəkillər və videoya əlavə olaraq 2 yeni format – portret və albom – yaradılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi bloqunda yer alıb.

Yerləşdirilən kadrlar oxşar olsun deyə “Instagram”ın profilində əvvəlki kimi kvadrat şəklində əks olunacaq. Ancaq istifadəçilərin xəbər lentində şəkillər və videolar yükləndiyi formatda görünəcək.

Foto: “Instagram”da yenilik (FOTO) / Maraqlı

Şərhlər