Maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı

28.08.2015 12:20     Sosreaksiya     1972

Abşeron rayonunda minik maşını yanacaqdoldurma məntəqəsində qəza törədib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Baş Dövlət Yol Polis İdarəsi yayıb. 

Məlumata görə, "Hyundai” markalı minik maşını yanacaqdoldurma məntəqəsində benzindoldurma aparatına çırpılıb. Qəza nəticəsində məntəqənin iki əməkdaşı və sürücünün yaralandığı bildirilir.

Hadisə Sumqayıt şəhərinin girəcəyindəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil 150-160 sürətlə hərəkət edirmiş. Həmin ərazidə isə minimal sürət həddini göstərən yol nişanı qoyulub. 

Şərhlər