İslam dinində “baş kəsmə” anlayışı yoxdur - İlahiyyatçı - alim

28.08.2015 12:23     Sosreaksiya     3351

Məlum olduğu kimi terror təşkilatı İŞİD tərəfindən yayıldığı iddia edilən video sosial mediada böyük əks-səda oyandırıb. Sosial mediada yayımlanan, ancaq əvvəlkilər kimi uydurma olmadığı açıqca görünən videoda, ən çox üç yaşında olan, başında bir əfqan papağı olan uşaq əlində gerçək bir komando bıçağı ilə ağ rəngli bir oyuncaq ayı tutur. Uşaq dərhal sonra eyni ilə böyüklərini təqlid edərək bıçaqla oyuncaq ayının başını kəsir.

Məsələ ilə bağlı münasibət öyrəndiyimiz ilahiyyatçı – alim Elşad Miri bildirib ki,bu  İslamın mahiyyətinə uyğun olmayan bir yanaşmadır. O, qeyd edib ki, belə yanaşma uşaqların istəyi ola bilməz: “Peyğəmbərimiz özü də öz dövründə heç bir zamanda kiminsə başını kəsməyi əmr etməyib. Peyğəməbrimiz qeyd edirdi ki, uşaqlara mehribançılığı aşılamaq lazımdır. O, hətta özü namaz qıldığı yerdə nəvələri  Həsənlə Hüseyn gələndə, onları qucağına götürüb onlarla bir yerdə namaz qılardı. Uşaqların məsciddə oynamasına görə şərait yaradılardı. Məsələn, bəzən elə olurdu ki, hətta xütbə verdiyi zaman nəvəsini bir qucağında, digər qucağında peyğəmbərimizin sahabələrdən biri Usama adlı məşhur sahabənin nəvəsini otuzdurardı.       

Peyğəmbərimizin  özünün mənbələrdə heç bir yerdə rast gələ bilmərik ki, hər hansı bir savaşda kimisə qətlə yetirsin və yaxud öldürsün. Ona  görə bu yanaşmalar heç bir halda doğru deyil. Məsələn, İslam dinində uşaqların təhsil alma məsələsi gündəmdədir. Peyğəmbərimiz onlara 7 yaşında elm öyrədilməsini, əgər öyrənməzlərsə hətta müvafiq tədbirlərin alınmasını belə məsləhət gördüyü halda, yəni gedib kimlərinsə baş kəsmə öyrənməsinin təbii ki, İslama heç bir dəxli yoxdur. İslam dinində baş kəsmə anlayışı da əslində yoxdur. Bunlar hamısı İslam adı altında ortaya atılan və İslamı gözdən salmaq üçün istifadə olunan  qara piardır. Və bu günlərdədə media əllərində olan qruplaşmalar və yaxud böyük dövlətlər bundan məharətlə “istifadə edirlər”. Çünki İslam özü sülh dini, barış dini, əminəmanlıq dinidir. İslam dinini bu cür məsələlərlə çirkləndirmək heç bir şəkildə doğru deyil.

Çünki İslamda birinci növbədə Allahın ilk əmri də “oxu”dur. Yəni savaş əmri isə savaşda deyil, daha doğrusu yəni müdafiə olunma icazə əmri isə İslamın  gəlişindən 14 il sonra  müsəlmanlara icazə verilir ki, özünüzü müdafiə etmək məqsədi ilə döyüşün yoxsa kiminləsə qılınc əlinizə alıb döyüşmə məsələsi deyil”.

Şərhlər