DİN-dən açıqlama - "8 güllə ilə adam öldürən şəxs polis deyil"

28.08.2015 12:31     Sosreaksiya     5292

Xəbər verildiyi kimi, bu gecə Bakının Nizami rayonunda baş verən dəhşətli cinayət faktı ilə bağlı Daxili İşlər Nazirliyi dərhal əməliyyat keçirib. Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov" markalı tapança ilə Nadir İbrahimovu qətlə yetirib və hadisə yerindən qaçmağa çalışıb.

Lakin polis qüvvələri həmin şəxsi dərhal saxlayıblar və istintaqa təhvil veriblər. Hadisəni törədən şəxsin polis əməkdaşı olması ilə bağlı xəbər yayılıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bunun həqiqətə uyğun olmadığını deyib.

O, Reaksiya.az-a bildirib ki, bəzi saytlar həmin şəxsin polis olduğunu yazıblar, ancaq bu, kökündən yanlışdır: “O, adi bir vətəndaşdır. Hazırda hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır”.

Qeyd edək ki, Nadir İbrahimov idarə etdiyi "Lexus” markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı "Lexus” markalı maşını idarə edən Rövşən Həsənovla Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov” markalı tapançadan İbrahimov Nadirə 8 güllə atıb. İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılsa da dünyasını dəyişib.

Şərhlər

Çox oxunanlar