Tom Henksin oğlu itkin düşdü

28.08.2015 14:39     Sosreaksiya     2366

Hollivudun məşhur aktyoru Tom Henskin 25 yaşlı oğlu reper Çester Henks itkin düşüb.

Reaksiya.az  “Radar Online”a istinadən xəbər verir ki, gənc oğlan İnstagram səhifəsində iyulun 23-də görsənib.

O, statusunda bu sözləri paylaşıb:

“Bir müddət İnstagramda olmayacağam. Beynimi qaydaya salmaq istəyirəm. Mən qayıdacağam”.

Mənbə bildirir ki, bundan sonra o, nə ailəsi, nə də dostları ilə əlaqə saxlayıb.

Son dəfə onun mobil nömrəsindən isə Kaliforniya səhralığında zəng edilib. Dostları deyir ki, o, spirtli içkilərin aludəçisi olub. 

Şərhlər

Çox oxunanlar