"Təhsil siyasətinin ana xəttini ana dilində təhsil təşkil edir" - Ekspert

28.08.2015 17:20     Sosreaksiya     2260

Xəbər verildiyi kimi, Azərbaycan Demokratik Respublikasının (ADR) təsis etdiyi Xalq Maarif  Nazirliyi tərəfindən 1918-ci ilin avqust ayının 28-də 1919-20-ci il tədris ilinin əvvəlindən ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinifinin milliləşdirilməsinə qərar verilib. Məktəblərin milliləşdirilməsi, təhsilin doğma türk dilinə keçirilməsi ADR-in xalq təhsili sahəsində ilk önəmli addımı olub.

Reaksiya.az təhsil üzrə ekspert Məlahət Mürşüdlüdən bu günün əhəmiyyətini öyrənib.

Məlahət xanım bu qanunun qəbulundan danışaraq ADR-in elə bir qanunu qəbul etməsinin çox önəmli hadisə olduğunu bildirib: "Çünki dil millətin özüdür. Uşaqların bu sahədə böyük bir məsuliyyətin daşıyıcılarıdır. Ana dilini yabançı dillərin təsirindən qorumaq, yaşatmaq, dünyada inkişaf etmış dillər səviyyəsinə qaldırmaq ən vacıb məsələlərdəndir. Bunun üçün şərait yetərincədir. Bizim nəsil bu imkanlara malik deyildi. Hazırda isə müstəqil ölkədə yaşayırıq, təhsil siyasətinin ana xəttini ana dilində təhsil təşkil edir. Yetər ki, verilmış imkanlardan dilimizin inkişafına fayda verəcək bir şəkildə istifadə edilsin. Bunu hər bir orta məktəb şagirdi, hətta ingilis, rus, alman və digər dillərdə təhsil alan da bilməlidir”.

Şərhlər