Facebook-da şantaj qalmaqalı - 10 min manat

28.08.2015 17:05     Sosreaksiya     3020

Bakıda yaşayan Elvin Nəbiyev Facebook-da 30 yaşlı qadınla tanış olub.

Reaksiya.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Səbail rayon Polis İdarəsi yayıb.

Məlumata görə, bir müddət həmin qadınla internet vasitəsilə danışan Elvin sonradan onun haqqında biabırçı videolar toplayıb.

Həmin biabırçı videoları internet vasitəsilə yayacağını deyən kişi qadından pul tələb edib. Elvin Nəbiyev bildirib ki, əgər həmin pulu verməsə qadının videolarını yaxınlarına göndərəcək və onu rüsvay edəcək. Qadın da onun barəsinə polisə şikayət edib. Polis əməliyyat təşkil edib.

Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elvin Nəbiyev həmin qadından 10.000 manat tələb edərkən tutulub. Aktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər