"Boşanmanı yaradan səbəblər nədir?" - EKSPERT RƏYİ

28.08.2015 17:43     Sosreaksiya     2559

“Təmiz Dünya” Qadınlara yardım təşkilatının rəhbəri Mehriban Zeynalova bildirir ki, Azərbaycanda son altı ayda 6 minə qədər ailə dağılıb. Mehriban xanımın bu açıqlaması həqiqətən də SOS siqnalının verilməsinə əsas verir.

Reaksiya.az Mehriban xanımla bərabər “Ailə dəyərlərimizin günü-gündən məhv edilməsinin səbəbləri nələrdir?”,  “Bu böhranın qarşısını almaq üçün nə kimi tədbirlər həyata keçirilməlidir, hansı işlər görülməlidir”, “Ailə institutlarının yaranmasına ehtiyac varmı?” suallarına cavab axtarıb.

Mehriban Zeynalova ilk öncə ailə modelinin hazırkı vəziyyətindən danışıb: “Sovet dövrünün sloqanı olsa da, hələ də öz qüvvəsini saxlayan bir fikir var ki, ailə kiçik dövlətdir. O baxımdan kiçik dövlətin möhkəm özəyinin olması vacib şərtdir.  Son zamanlar baş verən olaylar hamımızı narahat edir. Belə ki, yalnız gənc ailələr deyil, eyni zamanda uzun müddət birgə həyat sürmüş övladları artıq böyümüş cütlüklərin boşanması müşahidə edilir. Səbəblər nədir? Səbəb ailələrin yeni ideoloji sosial və psixoloju mühitə adaptasiya ola bilməməsidir. Əvvəlki ailə quruluşu ilə, yəni köhnə qaydaların yenisi ilə əvəzlənməsi prosesinin ağrılı keçməsidir. Yadınıza gəlirsə, Azərbaycan uzun müddət keçid dövrü yaşadı. Hazırda o keçid dövrünü ailələr yaşayır. Ölkə bu keçid dövrünü kifayət qədər uğurlu başa vurdu. İndi isə növbə ailələrə çatıb”.

Mehriban xanım bu problemin aradan qaldırılması üçün nələr etməyin vacib olduğunu da açıqlayıb: “İstənilən problem SOS siqnalı verirsə, ona çevik reaksiya üçün hazırlıq olmalıdır. Hesab edirəm ki, ilk növbədə Ailə İnstitutunun yaranmasına əsas verəcək genişmiqyaslı araşdırma Mərkəzi fəaliyyətə başlamalıdır. İkinci bir məsələ Ailə Uşaq və Qadın Porblemləri Üzrə Dövlət Komitəsinin bəlkə də Ailə Nazirliyinə çevrilməsi və bu nazirliyin bu sahədə işəyən QHT-lərlə sıx əməkdaşlığı lazımdır. Üçüncusü, yeni ailə quran gənclərlər bağlı Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Vətəndaş Nikahlarının Qeydiyyatı İdarələrində psixoloq, hüquqşünas xidmətləri təşkil edilməlidir və düşünmə dövrü 3 aya qədər uzadılmalıdır. Yerlərdə Komitənin nəzdində ailə mərkəzlərinin sayını artırmaq, bu sahədə kadr potensialını gücləndirmək lazımdır. Sosial iş fakültəsini bitirən tələbələrin statusu müəyyən edilib, Ailə Uşaq və Qadın Problemləri üzrə Komitənin informasiya bankında qeydiyyatda olan ailələrlə işə təhkim edilməlidir. Hər ailə bir dövlətdir mesajini rəhbər tutub cətin vəziyyətdə olan ailələrin soial proqramlara əlcatanlığını təmin etmək lazımdır”.

Mehriban xanım bu istiqamətdə QHT-lərin, KİV-lərin üzərinə də böyük vəzifələr düşdüyünü bildirib: “QHT-lərin bu fəaliyyətə yaxından cəlb edilməsi üçün müəyyən test proqramları hazırlayıb, zərər verməmək prinsipi ilə işə cəlb edilməlidir. Etiraf edək ki, bəzi hallarda qeyri peşəkar yanaşma ailənin daha tez dağılmasına gətirib cıxara bilər. KİV-lərin də işi cox vacib amildir. Dövlət proqramlarında, ələlxüsus da Mətbuat Şurası bu işə xüsusi diqqət ayırmalıdır, bu yönümdə layihələr, müsabiqələr gücləndirlməlidir. Mətbuatın davamlı monitorinqi vacib amildir. TV proqramlarının monitirinqi mütləq şəkildə kecirilməli, şou proqrmaların formatına nəzarət edilməlidir. Çünki biznes maraqları bəzən ailə institutunun dağılmasına birbaşa təsir edən amildir. Hazırda məişət xarakterli xəbərlər artıq şou xəbərlər səviyyəsinə qalxıb. Qadının evdən qaçması məişət xarakterli xəbərlərdir və təəssüf ki, qlobal xəbər kimi təqdim edilir”.

Ekspert mövcud problemlə bağlı məsələlərin təcili həllinin və türk dünyasının strategiyalarından istifadə edilməsinin vacibliyini vurğulayıb: “Beynəlxalq qanunlara qoşulmağımız və inteqrasiya özü bu prosesin tərkib hissəsidir, yəni ailələrin eynən dünya düzənində olan ailə modelinə uygunlaşıdırılması prosesidir. Bizdən tələb olunan isə dünyanın bir parçası olaraq bu inteqrasiyaya transfer olduğumuz  ozümüzu qoruyub saxlaya bilməkdir. Çox cətin bir prosesdir, amma istəsək nail ola bilərik. Bu proses təbii ki, siyasi prosesdir, dunya siyəsətinin əsas bir qoludur. Turk dünyasının özünün qadınlarla bağlı kifayət qədər bərabərliklə bağlı türk adət ənənəsinə uyğun strategiyaları vardı. Bu strateji sənədlər ailənin dağılmaması üçün əsas siyasət sənədi kimi istifadə edilə bilərdi. Qeyd edim ki, hazırda ölkənin milli dəyərlərini yaxşı bilən, tək sosioqlar yox, bütün tərəflərin bir araya gəlməsi və bu məsələ ilə bağlı öz ideyalarını birgə müzakirə etməsi cox vacibdir. Alimlərin, praktik bu sahədə çalışanların, din xadimlərinin, etnoqrafların, sosial işçilərin, psixoloqların və s. tərəflərin iştirakı ilə ciddi simpoziumlar keçirilmədirir. Bu simpoziumlar, sadəcə qeydiyyat üçün keçirilməməlidir. Həmin iclaslarda nəzəriyyə və praktikaları irəli sürə bilən adamlar toplanmalıdır”.

Şərhlər