Fırtına 35 nəfərin həyatına son qoydu

29.08.2015 07:20     Sosreaksiya     1931

Karib dənizində yerləşən Dominika dövlətində “Erika” fırtınası 35 nəfərin həyatına son qoyub.

APA-nın “Prensa Latina” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər torpaq sürüşməsi baş vermiş Petit-Savanna yaşayış məntəqəsində 27 nəfərin cəsədini aşkar ediblər.

Məlumata əsasən, təbii fəlakət nəticəsində adanın 80% ərazisi elektrik enerji və içməli susuz qalıb, ölkənin hava limanı daşqın səbəbindən bağlanıb. Adanın bir sıra yaşayış məntəqələri və yolları su altında qalıb. Dominikanın cənub-şərqində yerləşən Pti-Savanna kəndi isə  təbii fəlakət nəticəsində ətraf aləmdən tamamilə təcrid olub.

Qeyd edək ki, avqustun 28-də ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott “Erika” fırtınasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib.

Şərhlər