Bakıda mənzildən 43 yaşlı kişinin meyiti tapıldı

29.08.2015 10:52     Sosreaksiya     2499

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Reaksiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar ediblər.

Şərhlər