Şanlıurfadan acı xəbər - 2 polis şəhid oldu - VİDEO

29.08.2015 11:18     Sosreaksiya     2407

Türkiyənin Şanlıurfa şəhərində Balıklıgöl Dövlət Xəstəxanasının təcili xidmətindən çıxan polis maşınına təşkil olunan silahlı hücumda yaralanan 2 polis məmuru şəhid olub.

Reaksiya.az xəbər verir ki, hadisə gecə saatlarda Balıklıgöl Dövlət Xəstəxanasında baş verib. Təcili xidmətdən ayrılan polislərin olduğu avtomobilə kimlikləri naməlum şəxslər tərəfindən tapança ilə atəş açılıb.

Tapançadan çıxan güllələr maşındakı adları açıqlanmayan 2 polisi yaralayıb.

Yaralı polislər xəstəxana işçiləri tərəfindən müalicəyə alınıb. Müdaxilələrə baxmayaraq onlar şəhid olub.

Mardinin Kızıltepe rayonunda İpək Yolunda isə çevik qüvvələrin polis xidmət maşınına PKK-lılar minaatanlardan hücum edib.

Minaatan yol kənarındakı qablarda qaçaq mazut satılan bidonlara dəyib. Partlayış, daha sonra isə  yanğın baş verib.

Hücumda aralarında polis və mülki vətəndaşların da olduğu 10-u polis olmaqla 24 nəfər yaralanıb.

Şərhlər