Bakı aeroportunda bir nəfər tutuldu

29.08.2015 16:11     Sosreaksiya     3934

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat DSX-nın mətbuat mərkəzindən verilib.

Avqustun 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli “Sankt-Peterburq-Bakı” aviareysi ilə ölkə ərazisinə 1933-cü il 15 yanvar təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən Masallı rayon sakini, 1986-cı il 13 dekabr təvəllüdlü Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Bahadır Kərimov Daxili İşlər Nazirliyi tərəfindən axtarışdadır.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər