Türk Hava Yollarının təyyarəsi Dubayda məcburi eniş edib
29.08.2015 23:44 Sosreaksiya 2159

Türk Hava Yollarına (THY) məxsus İstanbuldan Abu-Dabiyə uçan təyyarə yoğun qum fırtınasının yaratdığı təhlükəli hava şəriatinə görə, Dubayda məcburi eniş edib. Reaksiya.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, THY-nin təyyarəsinin Abu-Dabi aeroportuna enməsi gözlənilərkən, yoğun qum fırtınasının yaratdığı təhlükəli hava şəriatinə görə, Dubay aeroportuna məcburi yönləndirilib.
Qeyd olunur ki, təyyarənin Dubaya məcburi eniş etməsindən sonra təyyarədə olan 20-i uşaq olmaqla 130 sərnişin otellərə yerləşdirilib.
Sərnişinlərin bu gün Abu-Dabiyə, təyyarənin isə Türkiyəyə göndəriləcəyi bildirilir.
Şərhlər