Türkiyədə böyük meşə yanğını

30.08.2015 03:29     Sosreaksiya     1778

Türkiyənin Bursa şəhərində meşələrdə yanğın başlayıb. Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında başlayan yanğın qısa müddətdə böyüyüb. Havanın küləkli olması yanğının söndürülməsini çətinləşdirir və vəziyyət getdikcə gərginləşir. Verilən məlumata görə artıq yanğın olan ərazidəki üç kənd boşaldılıb. Ərtaf şəhərlərdən də yanğınsöndürmə heyətləri cəlb olunub. Yanğın bu saatlarda da davam edir.

Şərhlər