Türkiyədə terror - 1 uşaq öldü
30.08.2015 15:01 Sosreaksiya 2856

Türkiyədə terror hadisələri davam edir.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Diyarbakırın Silvan mahalında terror aktı qeydə alınıb.
PKK-çılar Böyük Çeşme prospektinə əvvəlcədən yerləşdirdikləri bombanı işə salıb. Hadisə zamanı adı hələlik məlum olmayan bir uşaq dünyasını dəyişib.
Uşağın cəsədi Silvan Dövlət Xəstəxanasına aparılıb.
Partlayış səbəbiylə bir evin bağçasının divarı sökülüb, yola ciddi ziyan dəyib.
Şərhlər