Ən yaxşı batareya qənaəti tətbiqləri
30.08.2015 16:14 Sosreaksiya 6764

Android smartfonları üçün ən yaxşı batareya qənaəti tətbiqləri müəyyənləşdirilib.
Smartfonlarımızın funksiyaları getdikcə artır. Daha yaxşı ekranlar, yüksək performanslı prosedur aparanlar və müdhiş kameralar təqdim olunur, ancaq batareya ömrü mövzusunda diqqətəlayiq irəliləmə yoxdur. Yüksək səviyyəli smartfonlarda böyük tutumlu batareyalar görsək də batareya ömrü yenə də istənilən səviyyəyə gəlib çata bilmir. Bu səbəblə batareya ömrünü uzatmaq üçün müxtəlif tədbirlər görmək lazımdır.
Reaksiya.az Androidlər üçün ən yaxşı enerji qənaəti proqramlarını təqdim edir:
1. DU Battery Saver
DU Battery Saver Android sistemli smartfonlarda ən çox istifadə edilən batareya qənaəti proqramları sırasında birinci yerdədir. Pulsuz yükləyə biləcəyiniz bu proqram ilə batareyanızın istifadə müddətini daha uzun edə bilərsiniz. Android smartfonlarında və tabletlərdə batareya ömrü 50%-ə qədər artıra bilir.
2. Snapdragon Battery Guru
Snapdragon Battery Guru tətbiqi ilə smartfonlarda batareya ömrünü uzatmaq və cihazın funksiallığını optimallaşdırmasına kömək edir. Kiçik dəyişikliklərlə qeydə dəyər irəliləyişlər əldə etmək mümkündür. Qeyd edək ki, tətbiqetmə yalnız Snapdragon prosessorlu cihazlarda istifadə edilə bilər.
3. Battery Doctor
Battery Doctor müxtəlif incə nizamlar ilə Android cihazlarında batareyanın istifadə müddətini 50%-ə qədər uzada bilən növbəti pulsuz tətbiqlərdən biridir. Professional qurulan və asanlıqla idarə olunan interfeysində batareya ilə bağlı ətraflı məlumatlar verilən proqram üç mərhələli doldurma sistemi ilə telefonunuzun enerjisinin sağlam şəkildə yenidən doldurulmasına yardımçı olur.
4. GO Battery Saver &power Widgetgo
Battery Saver & Plus Widget batareya ömrü optimallaşdırılması üçün istifadə ediləcək bir digər güclü və uğurlu tətbiqetmə kimi ön plana çıxır. Praktiki olaraq müxtəlif qənaət rejimləri, güc testi, xeyli qəşəng görünən və funksional olan ikonu var.
Google Play marketdeə batareya qənaəti üçün istifadə oluna biləcək çox sayda tətbiqi mövcuddur, sizlər də üstünlük verdiyiniz tətbiq etməyi şərhlərinizdə bizlərlə bölüşə bilərsiniz.
Şərhlər