Peyk texnologiyalarından enerji təhlükəsizliyi məqsədilə istifadə ediləcək
30.08.2015 17:24 Sosreaksiya 2913

Azərbaycanın aşağı orbitli “AzerSky” peykinin resursları enerji resurslarının tədarükü üzrə boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadə edilə bilər. Reaksiya.az xəbər verir ki, bu barədə “Azerkosmos” ASC-dən məlumat verilib.
Verilən məlumata görə, təhlükəsizliyin təmin edilmə məsələləri “AzerSky”-ın imkanları barədə ətraflı məlumat alan müvafiq strukturların səlahiyyətinə daxildir: “Biz onlara peyk xidmətləri göstərməyə hazırıq. Hansı hallarda peykin resurslarından istifadə olunması məsələsinə gəldikdə isə bu, birbaşa strukturların özündən asılıdır”.
Şərhlər