62 yaşlı kişi Bakıda özünü asdı

31.08.2015 13:00     Sosreaksiya     2140

Bakıda 62 yaşlı kişi intihar edib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat Xəzər rayon Prokurorluğundan verilib. 

Paytaxtın Suraxanı qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Elxan Sultanov özünü Xəzər rayonu Binə qəsəbəsi ərazisində, yolun kənarındakı yaşıllıq massivində ağacdan asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər