Uşaqlar məktəb öncəsi necə qidalanmalıdır? - EKSPERT

31.08.2015 14:11     Sosreaksiya     2700

Bu gündən etibarən yay mövsümü bitir və orta məktəblərdə dərslərin başlanmasına 15 gün qalır. O günün gəlişini isə daha çox azyaşlı məktəblər gözləyir.

Uşaqların zehni fəaliyyətini gücləndirmək üçün indidən onlara necə kömək etmək olar?

Bu suala cavabını isə pediatr Nigar Süleymanova tapmağa çalışıb.

O, Reaksiya.az-a bildirib ki, ilk növbədə uşaqların qidalarına xüsusi diqqət etmək lazımdır: “Süd və qatıq zehni fəaliyyətin inkişafına müsbət təsir edir, diqqəti artırır.Yumurta D vitamini ilə zəngindir, bu qida hüceyrələrin öz-özünü yenilənməsini təmin edir, beynin fəaliyyətini və yaddaşı gücləndirir. Qırmızı ət dəmirlə zəngindir. Uşaqlarda zəka səviyyəsini yüksəldir. Üzüm suyu yaddaşı qüvvətləndirir. Yorğunluğu aradan qaldırır və zehni açır. Balıq zehni fəaliyyəti artırır və yaddaş üçün əvəzolunmaz bir qidadır”.

Pediatr qeyd edib ki, fındıq, qoz və badam kimi  çərəzlər tərkibindəki E vitamini sayəsində uşaqların dərsi daha yaxşı başa düşməsinə, diqqətli olmasına kömək edir: "Banan sodium, potasium, maqnezium kimi minerallarla zəngin olduğu üçün əzələlərin yaxşı işləməsinə, ürək ritminin yaxşılaşmasına və beyinə daha çox oksigen getməsinə səbəb olur. Bu da öz növbəsində beyini gücləndirir. Uşaq gündə bir ədəd banan yeməlidir. Yaşıl yarpaqlı bitkilər - ispanaq, kələm kimi qidalar tərkiblərində olan fol turşuları sayəsində beyin hüceyrələrinin inkişafına kömək edir”.

Şərhlər