Bu avtobusların xətlərində dəyişiklik edildi

31.08.2015 14:32     Sosreaksiya     2128

Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı verib.

Onun sözlərinə görə, sentyabrın 1-dən “Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.

1 saylı marşrut avtobusunun hərəkət cədvəli:

“Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti -28 may metro stansiyası istiqamətində olacaq.

Hərəkət cədvəlində dəyişiklik edilən:

11 nömrəli marşrutun əvvəlki xətti:

Sadıqcan küçəsi. -“H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st.- Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)

Yeni xətlə :

“H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun əvvəlki xətti:

Keşlə qəs. – H.Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç.- “N.Nərimanov” metro st. – F.Xoyski küç. – S.Vurğun küç.

Yeni xətlə : - Keşlə qəs. – H.Əliyev pr. – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A. Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun əvvəlki xətti:

S.Vurğun bağı –Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi. – Şüvəlan Şimal DRESS

Yeni xətlə : “Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

184 nömrəli marşrutun əvvəlki xətti:

Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu metro st. – Heydər Əliyev pr. – Həsənoğlu küç. – “N.Nərimanov” metro st.

Yeni xətlə : - Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.

100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilmişdir.

Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.

Şərhlər