Ermənilər bir-birini qırır - İrəvanda
31.08.2015 16:31 Sosreaksiya 2333

Ermənistanın paytaxtı İrəvan şəhərində atışma olub.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Novosti Armeniya” agentliyi yayıb.
Hadisə dünən gecə şəhərin mərkəzində yerləşən Əmiryan küçəsində qeydə alınıb.
İnsident zamanı yaralıların olduğu deyilir.
İstintaq Komitəsinin mətbuat xidməti faktla bağlı cinayət işinin açıldığını bildirir.
Marqaryan küçəsində yerləşən evin 1-ci mərtəbəsində 41 nömrəli mənzildə isə meyit tapılıb. Onun 52 yaşlı Vaan Ağacanyana aid olduğu deyilir.
Şəhər Polis İdarəsinin mətbuat xidməti Vaanın öldürüldüyü haqda xəbər yayıb.
Şərhlər