Hicablı yazardan ANS - in aparıcısına etiraz
10.06.2015 11:28 Sosreaksiya 1764

Hicablı yazar, vehdet.org saytının baş redaktoru Gülnarə Sadiq ANS TV – nin aparıcısı Elnarə Təhməzovanın fikirlərinə etiraz edib. Yazar Reaksiya.az əməkdaşı ilə söhbəti zamanı bildirib ki, nə qədər ki, cəmiyyətdə İslam və hicab doğru aşılanmır, biz hicablı xanımlara qarşı hər zaman aqressiya olacaq: “Mən buna qəti şəkildə etiraz edirəm, aparıcı xanım bu ifadələri ilə çox böyük səhvə yol verib. Bu cür insanların səhv yanaşma tərzi ucbatından bu gün bir çox hicablı xanımlar işsiz qalır, cəmiyyətdən uzaqlaşırlar. Məncə üzr istəmək üçün insan etdiyi səhvi anlamalıdır. Məcburi istənilən üzr möminə xanımlara lazım deyil.”.
Məryəm
Şərhlər