Kiyevdə partlayış - 30 polis yaralandı - VİDEO

31.08.2015 17:05     Sosreaksiya     2766

Kiyevdə Ali Radanın qarşısında partlayış olub.

Reaksiya.az “news.bigmir”ə istinadən xəbər verir ki, hadisə parlament binasının önündə qeydə alınıb.

Qara geyimli naməlum bir şəxs milli qvardiyanın üzvlərinə tərəf əl qumbarası atıb.

Nəticədə 30 hərbçi yaralanıb.

Hazırda insidentlə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ukrayna parlamentinin ölkənin şərqində Rusiyapərəst separatçıların nəzarətindəki ərazilərə muxtariyyət verən qanun layihəsini məclisdən keçirdiyi zaman qarşıdurma yaranıb.

Qanunun Ukraynanın maraqlarına zidd olduğunu müdafiə edən bir qrup deputat öncə parlamentə girişləri bağlayıb. İslahata qarşı çıxan millətçi “Svoboda” partiyasının rəsmisi parlamentin önündə çıxış edərək hökumətə etiraz edib.

Həddindən artıq sağçı “Pravıy Sektor” partiyasının tərəfdarları isə parlamentə gedən yolları bağlayıb. Nəticədə polislə nümayişçilər arasında parlament binası qarşısında qarşıdurma çıxıb.

Ukraynanın şərqində separatçıların nəzarətindəki ərazilərə muxtariyyət verilməsi Avropa Birliyinin Kiyevdən istədiyi islahat təklifləri arasında yer alıb.

Ölkədə 16 ay əvvəl başlayan müharibədə 6 min 800 nəfər həyatını itirib.

Şərhlər

Çox oxunanlar