Hacı Nuran İbrahimova səsli mesajla dəstək olaq
31.08.2015 17:34 Sosreaksiya 2870

Xərçəng xəstəliyinin kəskinləşmiş formasından əziyyət çəkən və Almaniyanın Düsseldorf klinikasında müalicə olunan Hacı Nuran İbrahimovun səhhəti yenidən ağırlaşıb.
Hər zaman xeyriyyəçilik işləri ilə tanınan və sevilən teleaparıcının xəstəliyi onun yaxınları, dostları ilə yanaşı onu qiyabi olsa belə tanıyan hər kəsi narahat edir.
Hər kəs ona əlindən gələn, bacardığı qədər köməklik göstərməyə çalışır. Bu günlərdə Hacı Nurana yeni yardım kompaniyasına başlanılıb. Kompaniyanı "119" xidməti həyata keçirib. Məqsəd hazırda Almaniyada müalicə alan, teleaparıcı Hacı Nurana mənəvi dəstək olmaqdır. İstəyənlər (012) 310 42 24 (310 HACİ) nömrəsinə zəng edərək ona öz səsli ismarıclarını göndərə bilərlər.
Xatırladaq ki, şəhər nömrələrindən ZƏNG PULSUZDUR; mobil operatorlarından isə ödəniş standart tariflə hesablanacaq.
Allah Nurana tezliklə şəfa versin!
Şərhlər