Virtual asılılıq narkomaniya kimidir - PSIXOLOQ RƏYİ

31.08.2015 18:14     Sosreaksiya     2175

Virtual həyat insanları asosiallaşdırır. Əvvəllər birlikdə gəzməyə, görüşməyə gedən insanlar artıq internet vasitəsiylə əlaqə saxlayırlar. 

Psixoloq  Tariyel Faziloğlu Reaksiya.az-a açıqlamasında bildirib ki, virtual münasibətlər sosial insanları asossial edir: "İnsanları real münasibətlərdən uzaqlaşdıraraq virtuala yönləndirir. Real münasibətlərdə müəyyən sərhədlər var, amma virtual aləmdə heç bir sərhəd yoxdur. Virtual aləmdə insan istədiyi kimi ola bilir. Hər kəsə istədiyi kimi münasibət göstərdikdən sonra aradan çıxmaq şansı olduğunu düşünür. Və özünü daha rahat və güvənli hiss edir. Bu isə insanlarda saxta özgüvən yaradır. Bu cəlbediciliyi isə insanları özünə çəkir”.

Psixoloq qeyd edib ki, bu, artıq dünyada xəstəlik olaraq qiymətləndirilir: “Virtual asılılıq psixoloji xəstəlikdir. Avropanın bir çox ölkələrində xüsusi klinikalarda yataq rejimində müalicə edilir. Virtual asılılıq narkomaniya kimi asılılıqdır”.

Şərhlər

Çox oxunanlar