Zooparkı su basıb, xeyli heyvan ölüb
01.09.2015 06:04 Sosreaksiya 2003

Rusiyanın uzaq şərq vilayətlərindən İrkutskda Razdolnaya çayının daşması nəticəsində şəhər zooparkını su basıb.
ANS PRESS-in məlumatına görə, sel nəticəsində 27-dən çox vəhşi heyvan tələf olub.
Şəhər rəsmiləri zooparkdan vəhşi heyvanların təxliyyə edilməsinin çox çətin olduğunu bildiriblər. Sağ qalan vəhşi heyvanları yalnız xüsusi maşınlarla xilas etmək mümkün olub.
Bundan başqa şəhərin 8 qəsəbəsi su altında qaldığı üçün 3 mindən çox insan fəlakət bölgəsindən uzaqlaşdırılıb. Heyvanların seldə xilas olmaq üçün bir-birinə kömək etməsi isə maraqlı görüntülərə səbəb olub.
İyunun 14-də analoji hal Gürcüstanın paytaxtı Tiflis şəhərində yaşanıb. Leysan yağışından sonra gələn sel paytaxt zooparkını yararsız hala salmışdı. Zooparkdakı 600 heyvanın yarısından çoxu tələf olub.
Sel nəticəsində 12 nəfər həyatını itirib. 50 nəfər müxtəlif dərəcədə xəsarət alıb. 20 nəfər şəxs itkin düşmüş sayılır.
Şərhlər