Bakı metrosunda gərginlik - FOTOLAR
01.09.2015 08:38 Sosreaksiya 2034

Səhər saatlarında Bakı Metropoliteninin demək olar bütün stansiyalarında girişlərdə sıxlıq yaşanır. Reaksiya.az xəbər verir ki, buna səbəb köhnə "metrokart"lara artıq gediş yüklənə bilməməsidir. Xəbər verdiyimiz kimi sentyabr ayının 1-dən köhnə kartlara gediş yükləmək mümkün olmayacaqdı. Bu gündən sadəcə yeni "Bakıkart"lara ödəniş etmək olacaq. Lakin yeni kartlara ödəniş etmək üçün nəzərlə tutulan aparatların sayının azlığı metro girişlərində sıxlığa və insanlar arasında gərginliyə səbəb olub.
Şərhlər