Rusiyada iki azərbaycanlı iş adamı ölüb

10.06.2015 12:10     Sosreaksiya     1855

Onlardan birinin meyiti qəzaya uğradığı maşında, digərininki isə evində tapılıb

Rusiyanın Amur vilayətində iki azərbaycanlı iş adamı ölüb.

ANS PRESS-in məlumatına görə, Amur vilayəti Azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov APA-ya açıqlamasında bildirib ki, ötən həftə əslən Azərbaycanın Bərdə və Balakən rayonlarından olan Hacı Balayev və Ələddin Qoraçayev dünyasını dəyişib.

Onun sözlərinə görə, H. Balayevin meyiti idarə etdiyi avtomobilin qəzaya uğradığı yerdə aşkar olunub. Ə. Qoraçayevin meyiti isə yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlayıb, azərbaycanlıların meyitləri isə vətənə göndərilib.

Şərhlər

Çox oxunanlar