Həbsxanada yanğın - 16 ölü, 17 yaralı
01.09.2015 09:12 Sosreaksiya 2298

Venesuelada həbsxanasında güclü yanğın baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə ölkənin şimal bölgəsində yerləşən Karabobo ştatında qeydə alınıb.
İlkin məlumata görə, insident nəticəsində 16 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Xəsarət alanlar Valensiya şəhər xəstəxanasına çatdırılıb.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Şərhlər