Polis rəisi işdən çıxarıldı - 20 min dollar rüşvət

01.09.2015 10:33     Sosreaksiya     2756

Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə idarəsinin rəisi, milis polkovniki Oleq Makuxa daxili işlər naziri Arsen Avakovun sərəncamı ilə işdən çıxarılıb. O, 20 min dollar rüşvət almaqda ittiham edilir.

Reaksiya.az xəbər verir ki,  bu haqda məlumatı Odessa vilayət polis idarəsinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Oleq Makuxa bu vəzifəni cari ilin iyul ayından etibarən daşıyır. 

Şərhlər

Çox oxunanlar