AzTV-də yeni təyinat - Köhnə baş redaktor vəzifəyə gətirildi

01.09.2015 11:02     Sosreaksiya     2646

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) yeni təyinat olub.

Bu haqda məlumat Reaksiya.az-a AzTV-dən verilib.

Məlumata görə, Telman Nəzərli  Televiziyanın Hərbi-vətənpərvərlik redaksiyasına yeni baş redaktor təyin edilib. Onun “Azərbaycan” qəzetində çalışdığı və bir vaxtlar bu redaksiyaya rəhbərlik etdiyi deyilir.

Qeyd edək ki, bu redaksiyanın baş redaktoru vəzifəsi bir ay idi ki, boş qalmışdı. Baş redaktor Firuz Kazımoğlu Televiziyanın sədri, millət vəkili Arif Alışanovun sərəncamı ilə radionun xəbərlər redaksiyasına müxbir vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Çox oxunanlar