AzTV-nin yeni baş redaktoru danışdı - "Müsbət yeniliklər olacaq"

01.09.2015 11:32     Sosreaksiya     3484

“Mən uzun müddətdir televiziyadan ayrı düşsəm də, hərbi vətənpərvərlik sahəsindən kənarlaşmamışdım. “Azərbaycan” qəzetində bu sahədə fəaliyyətimi davam etdirirdim, bu mövzuda yazılar yazırdım”.

Reaksiya.az xəbər verir ki, bu sözləri AzTV-nin sədri, millət vəkili Arif Alışanovun sərəncamı ilə Televiziyanın Hərbi-vətənpərvərlik redaksiyasına bu gün baş redaktor təyin edilən Telman Nəzərli bildirib.

Yeni baş redaktor rəhbərlik etdiyi redaksiyanın perspektiv planları haqda da söz açıb:

“Hələ ki, yeniliklər barədə danışmaq tezdir, ancaq tamaşaçılar müsbət yeniliklər gözləyə bilər. Müəyyən planlar var. Məsələn, “Ordu” verilişinin ümumi şəkildə deyil, konkret  mövzular ətrafında hazırlanması nəzərdə tutulur. AzTV-də hazırlanan hərbi-vətənpərvərlik mövzulu verilişlərin müsbət cəhəti də elə bu olub. Təlimlər, hərbi vətənpərvərlik, psixiloji hazırlıq mövzuları üzrə hərbi vətənpərvərlik toplusu da hazırlanacaq”, - deyə Telman Nəzərli əlavə edib.

Şərhlər

Çox oxunanlar