Qurban Yetirmişlidən zəlzələ açıqlaması

01.09.2015 11:48     Sosreaksiya     1970

"Azərbaycanda baş verən zəlzələlərin maqnitudası elə də böyük olmur".

Reaksiya.az xəbər verir ki,  bu barədə məlumatı Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli verib.

Onun sözlərinə görə, Azərbaycan tektonik ərazidə yerləşdiyindən kiçik həcmli zəlzələlər hər gün baş verir.

Ona görə də əhalini narahat olmamağa çağıran Q.Yetirmişli qeyd edib ki, bu yaxınlarda Azərbaycanda maqnitudası böyük rəqəmdə olan zəlzələ baş verməsi gözlənilmir: “Heç bir narahatlığa əsas yoxdur. Çünki Azərbaycanda demək olar ki, hər gün xırda tektonik hərəkətlər baş verir. Əhali heç bu zəlzələləri hiss etmir. Azərbaycan aktiv zonada yerləşdiyindən ölkəmizdə belə tektonik hərəkətlərin baş verməməsi mümkün deyil. Tektonik aktivlik əsasən Şamaxı, cənub bölgəsi, şimali-qərb, şimal və Xəzər dənizində hiss olunur”.

O qeyd edib ki, baş verən tektonik hərəkətlərin maqnitudası Şamaxıda 1.6, Lənkəranda 1.2, Şəkidə 1.5-dir. Baş verə biləcək zəlzələlərin əvvəlcədən onlara mesajla daxil olduğunu deyən qurum rəsmisi vurğulayıb ki, belə hallarda onlar əhaliyə mütləq xəbərdarlıq edirlər.

Şərhlər

Çox oxunanlar