Habil Əliyevin vəziyyəti yenidən pisləşdi

01.09.2015 11:57     Sosreaksiya     1882

Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb.
 
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı H. Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva verib.
 
Onun sözlərinə görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar: “Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq”. 

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.

 

Şərhlər

Çox oxunanlar