DİN ağır yol qəzası ilə bağlı açıqlama yaydı

01.09.2015 13:27     Sosreaksiya     1796

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki,sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi, həmyerlisi Pərviz Hadıyevə məxsus “Priora” və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi “Man” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

P.Hadıyev 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Priora” markalı avtomobilinin  qaçırıldığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər