Şuşanı işğal edən 89 yaşlı erməni generalı öldü

01.09.2015 13:37     Sosreaksiya     1967

1992-ci ildə Şuşanı işğal etmək üçün “Dağlarda toy” adlı əməliyyatın hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak edən erməni general polkovnik Qurgen Dalibaltayan bu gün ölüb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Novosti Armeniya” agentliyi yayıb.

Məlumata görə, Şuşanın işğalından sonra Ermənistan prezidentinin müşaviri vəzifəsində çalışan Dalibaltayan keçmiş SSRİ dövründə Azərbaycanın bir çox rayonlarında yerləşən hərbi hissələrdə xidmətdə olub.

Şərhlər