ADAU-dan növbəti yenilik

01.09.2015 14:26     Sosreaksiya     1896

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) boş olan müəllim yerlərinə təyinat xüsusi kommisiyanın rəyi ilə həyata keçirilib.

Reaksiya.az xəbər verir ki, ADAU-dailk dəfə baş tutan belə bir təyinatda mətbuatın iştiakı da təşkil edilib. ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov jurnalistlərə açıqlamasında bildirib ki, universitetdə 18 boş müəllim yerinə təyinat xüsusi müsabiqə yolu ilə reallaşdırılıb.

Ən azı bir xarici dili mükəmməl bilən və magistratura təhsilini başa vuran gənclər işlə təmin olunub. Belə bir müsabiqənin təşkil edilməsi müəllim kollektivinin də ürəyincə olub və onlar bunu təhsilə göstərilən böyük diqqət və qayğı kimi qiymətləndiriblər.

Şərhlər