Eldar Əzizov işdən çıxarıldı
01.09.2015 17:47 Sosreaksiya 7080

Bu gün ölkə mediasında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsindən azad edilməsi haqda xəbər yayılıb.
Reaksiya.az bu informasiyanı dəqiqləşdirmək üçün Sumqayıtda icra hakimiyyətinə yaxın olan mənbələrlə əlaqə saxlayıb.
Hər kəs bunun doğru olduğunu, ancaq rəsmi bir məlumatın yayılmadığını bildirib.
Əldə edilən xəbərə görə onun yerinə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov gətirilib.
Eldar Əzizovun isə Bakının Nizami rayonuna icra başçısı təyin olunduğu deyilir.
Qeyd edək ki, Eldar Əzizovun işdən çıxarılması haqda ilk xəbəri strateq.az saytı yayıb.
Xatırladaq ki, Eldar Əzizov bir vaxtlar Nizami rayon icra hakimiyyətinin başçısı olub. Daha sonra isə o, Gəncə ŞİH-nin başçısı vəzifəsində çalışıb.
Şərhlər