Türkiyədə terror - 2 hərbçi həlak oldu

02.09.2015 03:38     Sosreaksiya     1866

Türkiyənin Suriya ilə həmsərhəd Kilis əyalətində terrorçular türkiyəli hərbçini qətlə yetirib.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçular Suriya ərazisindən hərbçiləri atəşə tutub.

Məlumata görə, hərbçilər sərhəd zolağını patrul edərkən qanunsuz Türkiyə ərazisinə keçməyə cəhd edən bir qrup şəxsi aşkarlayıblar. Silahlı şəxslər hərbçiləri atəşə tutub. Əyalət valisi Süleyman Tapsızın sözlərinə görə, hərbçilərdən biri hadisə yerində həlak olub, daha biri isə itkin düşüb: “Atışma baş verdiyi ərazi Suriya tərəfində İŞİD terror qruplaşmasının nəzarəti altındadır”, deyə Suleyman Tapsız bildirib.

Bundan başqa, Batman əyalətində PKK terrorçuları xidməti avtomobildə hərəkət edən hərbçiləri avtomat silahdan atəşə tutublar. 20 dəqiqə davam etmiş atışma zamanı terrorçulardan biri öldürülüb, daha biri ələ keçirilib. Daha bir terrorçu ərazidən uzaqlaşa bilib, onun axtarışları davam edir. Hücum zamanı yerli polis komissarının müavini həlak olub, daha bir asayiş keşikçisi yaralanaraq xəstəxanaya yerləşdirilib.  

Şərhlər