Bakı və Neftçalada ev yandı

02.09.2015 11:04     Sosreaksiya     2022

Bakı şəhərində və Neftçala rayonunda ev yanıb.

Reaksiya.az xəbər verir ki, ilk yanğın hadisəsi Neftçala rayonu, Kürkənd kəndində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və bitişik ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

İkinci yanğın isə Bakı şəhəri, Xəzər rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər