Bodrumda dalbadal 2 faciə - 12 ölü var - VİDEO
02.09.2015 12:37 Sosreaksiya 2704

Muğlanın Bodrum rayonunda miqrantları daşıyan iki ayrı qayığın batması nəticəsində 12 nəfər həyatını itirib.
Reaksiya.az xəbər verir ki, 6 nəfərin sağ xilas edildiyi hadisələrdə, 4 miqrantın axtarışına başlanılıb.
Suriya əsilli 16 qaçqını daşıyan rezin qayıq səhər erkən saatlarda Bodrumun Akyarlar məhəlləsinin Aspat mövqeyindən Yunanıstanın Kos adasına getmək üçün yola çıxıb.
8 NƏFƏR ÖLDÜ, 4 NƏFƏR SON ANDA XİLAS EDİLDİ, 4 NƏFƏR İTKİN DÜŞDÜ
Həddindən artıq yük səbəbindən qayığın batması nəticəsində ilkin hesablamalara görə 8 insan həyatını itirib. Boğulmaq üzrə olan 4 miqrant isə Sahil Təhlükəsizlik əməkdaşları tərəfindən son anda xilas edilib. 8 miqrantın cəsədi sahilə çıxarılıb. İtkin düşən 4 nəfərin axtarışına başlanılıb.
İKİNCİ QƏZADA 3-Ü UŞAQ OLMAQLA 4 NƏFƏR ÖLDÜ
Bodrumda bu səhər baş verən ikinci dəniz qəzasında isə qayıq batıb. 6 qaçqını daşıyan qayıqda olan 3-ü uşaq və 1 də qadın olmaqla 4 nəfər həyatını itirib. Miqrantların cəsədləri jandarm dəstələri tərəfindən tapılaraq sahilə gətirilib. 2 nəfər isə xilas olmağı bacarıb.
Şərhlər