İraqda 18 Türk qaçırıldı - VİDEO

02.09.2015 12:58     Sosreaksiya     2134

İraqın paytaxtı Bağdadda 18 Türk hərbi paltar geyinən maskalı şəxslər tərəfindən qaçırılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Reuters xəbər agentliyi yayıb.

İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Saad Maan türklərin bu gün səhər erkən saatlarda Habibiyə bölgəsində qaçırıldıqlarını bildirib

18 Türkün qaçırılmasını Türkiyə Xarici İşlər Nazirliyi də təsdiq edib.

Associated Press (AP) xəbər agentliyinin İraqlı rəsmilərə istinadən verdiyi xəbərə görə, türklərə yatdıqları zaman basqın təşkil olunub.

Qeyd edək ki, terror təşkilatı İŞİD ötən il Mosulda Türk konsulluğuna hücum edərək 46 Türk vətəndaşını girov götürmüşdü. 3 ay girov qalan türklər zərər görmədən xilas edilmişdi.

Şərhlər