23 yaşlı qız intihar etdi
02.09.2015 12:58 Sosreaksiya 1977

Bakıda intihar hadisəsi baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ Rayonunun Ələt qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Güllü Süleymanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər