Bakıda 30 dərəcə isti olacaq

02.09.2015 13:27     Sosreaksiya     1761

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraiti əsasən  yağmursuz keçəcək, cənub-qərb  küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Şərhlər