Türkiyədə daha bir əsgər şəhid oldu - F-16-lar 20 rerrorçunu zərərsizləşdirdi - VİDEO

02.09.2015 15:01     Sosreaksiya     2720

Hakkarinin Şemdinli rayonunda PKK-lı terrorçularla təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 1 əsgər şəhid olub. Hücumdan sonra F-16-lar PKK hədəflərini bombalayıb.

Reaksiya.az xəbər verir ki, nəticədə terror təşkilatının “Doçka” adlı ərazidə yerləşən mövqeləri məhv edilib.

2 qrup halında olan 20 terrorçunun hamısının öldürüldyü deyilir.

Daha sonra isə əməliyyata döyüş vertolyotu, pilotsuz təyyarə və xeyli sayda canlı qüvvələr qoşulub.

Türk Silahlı Qüvvələrinin rəhbərliyi həyatını itirən əsgərə Allahdan rəhmət, onun yaxınlarına isə səbr diləyib.

Şərhlər

Çox oxunanlar