Metro pulsuz olacaq - Yarışlara bilet alanlar üçün

10.06.2015 15:09     Sosreaksiya     1791

Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

Reaksiya.Az xəbər verir ki, bu barədə Bakı Metropolitenin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sosial şəbəkədə məlumat paylaşıb.

 

Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

Şərhlər

Çox oxunanlar