Bu metronun yanında yerüstü piyada keçidi tikiləcək
02.09.2015 17:38 Sosreaksiya 1852

Biləcəri sakinlərinin tikilməkdə olan "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq üçün Bakı-Sumqayıt şosesi üzərindən yerüstü piyada keçidi inşa ediləcək.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Məlumata görə, artıq piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və fundament qazılıb.
Yerüstü piyada keçidi ilə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları üzrə işlərin 2016-cı ilin ilk yarısınadək yekunlaşdırılıb istifadəyə verilməsi planlaşdırılır.
Şərhlər