Avropa Oyunlarının məşəli Bakı metrosuna endirildi

10.06.2015 15:15     Sosreaksiya     1775

I Avropa Oyunları məşəli Bakı Metropoliteninə gətirilib. Bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz "facebook" səhifəsində bildirib və şəkil paylaşıb.

Qeyd edək ki, “Bakı Metropoliteni”ndə  oyunlarla bağlı yeni qatarlar istifadəyə verilib. Bu qatarlar “Həzi Aslanov” “İçərişəhər” xəttində işləyir.

 Avropa Oyunlarına 3 gün qalıb və “Bakı Metropoliteni” bu ərəfədə yeni qatarlarını xəttə buraxıb.

Qatarlar hələ ki ancaq “İçərişəhər” və “Həzi Aslanov” xətti üzrə hərəkət edəcəklər. Texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Kondisioner sistemi ilə təchiz edilib.

Hər biri 5 vaqondan ibarət olan yeni qatarlarda vaqonların sərnişin tutumu 330 nəfərdir. Bu vaqonları digər vaqonlardan fərqi cəhəti onlar arasında birbaşa keçidin olmasıdır.

Şərhlər

Çox oxunanlar