Qayıq batması nəticəsində 18 nəfər ölüb
03.09.2015 03:38 Sosreaksiya 1766

Malidə Niger çayında qayığın batması nəticəsində azı 18 nəfər ölüb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, daha 4 nəfər itkin düşmüş hesab edilir.
İnsident ölkənin mərkəzi hissəsində, Mopti şəhəri yaxınlığında qeydə alınıb.
Rəsmilər gəminin batmasına səbəb kimi onun həddən artıq yüklənməsini göstəriblər.
Şərhlər