Hərbi helikopter qəzaya uğrayıb

03.09.2015 06:25     Sosreaksiya     1842

ABŞ-ın Kolorado ştatında “Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Fort-Karson hərbi bazasından havaya qalxan helikopter Duqlas dairəsində meşəlik ərazidə yerə düşüb.

PzFeed portalı xəbər verir ki, helikopterin göyərtəsində olan 4 nəfərdən 3-ü xəsarət alıb. Rəsmi mənbələr bu məlumatı hələ ki, təsdiq etməyib.

Polis hadisə yerinə təcili yardım helikopterinin  göndərildiyini bildirib.

Şərhlər